PDF Oxu

İqtisadiyyat

  • 34

17 mindən çox müraciət edilib

17 mindən çox müraciət edilib

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2012-ci ilin dekabr ayı ərzində 370-dən çox müraciət daxil olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüsalə Quliyevanın SİA-ya verdiyi məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib: "Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür".Rəsminin sözlərinə görə, ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 17 mindən çox müraciət edilib.

sia.az

Digər xəbərlər