Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-i MDB-də ilk dəfə olaraq beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulmuşdur.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, müəssisə beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Cricket" sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 149 ölkəsi ilə əməkdaşlıq edir. Bundan əlavə, "Azərpoçt" dünyanın 79 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir.
Ötən ildə respublikada daxili köçürmələr üzrə 1 milyon 147 min 250 pul baratı qəbul edilmiş, 1 milyon 146 min 715 pul baratı isə ödənilmişdir. Əvvəlki illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 9 faiz artmışdır. Beynəlxalq pul köçürmələri üzrə də artım qeydə alınmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...