Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2012-ci ildə 210,6 milyon ton və ya əvvəlki ilə nisbətən 3,5 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 7,5 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,1 faizi avtonəqliyyat, 27,1 faizi boru kəməri, 10,9 faizi dəmir yolu, 5,9 faizi dəniz nəqliyyatı ilə həyata keçirilmişdir.
Qeyri-dövlət bölməsində yük daşınması 3,9 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,1 faiz təşkil etmişdir.
Son 5 ildə bütün nəqliyyat növləri ilə yük daşınması orta hesabla hər il 4,7 faiz, o cümlədən avtomobil nəqliyyatında 7,7 faiz, neft kəməri nəqliyyatında isə 1,6 faiz çoxalmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...