Ölkənin neft-qaz sənayesində əhəmiyyətli yer tutan "Günəşli" yatağında hasilatın artırılması məqsədilə yeni platformaların inşasına xüsusi önəm verilir.
AzərTAc xəbər verir ki, yataqda daha bir stasionar dərin dəniz özülünün inşası üçün ARDNŞ-in "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihəndirmə işlərinə start verilmişdir. 20 quyunun (16 neft, 4 qaz quyusu) qazılması üçün inşa ediləcək 17 nömrəli yeni özülün dənizin 138 metr dərinliyində quraşdırılması nəzərdə tutulmuşdur. Özüldən qazılacaq quyuların orta dərinliyi 3 min 500 metr olacaqdır. Özül yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə texnikası, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqla təchiz olunacaqdır.
Layihənin baş podratçısı "Neftqaztikinti" trestidir.
Qeyd edək ki, layihələndirmə işləri 2013-cü ilin 4-cü rübündə başa çatdırılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...