PDF Oxu

İqtisadiyyat

  • 54

Sukanal departamentlərinin xidməti ərazilərində içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verən sayğaclar quraşdırılır

Sukanal departamentlərinin xidməti ərazilərində içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verən sayğaclar quraşdırılır

. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) əhali və qeyri-əhali qrupu üçün "smart-kart" tipli elektron su sayğaclarının quraşdırılması ilə yanaşı, bütün sukanal departamentlərinin xidməti ərazilərinin sərhəd nöqtələrində "fləns" və "zond" tipli sayğacların quraşdırılmasına başlamışdır.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sayğaclar hər bir xidmət ərazisinin giriş və çıxış xətləri üzərində quraşdırılmaqla müvafiq ərazidə içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verəcəkdir. Bununla da hər bir sukanal departamenti üzrə verilən və satılan suyun həcmi, yığım və itkilər barədə məlumatlar daha dəqiq şəkildə müəyyən olunacaqdır.

Ümumilikdə Bakı şəhəri üzrə 270 giriş və çıxış nöqtəsində belə sayğacların quraşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə ilkin mərhələdə Almaniya istehsalı olan 166 "fləns" tipli "KROHNE" və Böyük Britaniya istehsalı olan 91 "zond" tipli "ABB" markalı su sayğacları alınmışdır.

Son 1 ildə içməli su sektorunda ilk dəfə "smart-kart" tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Ötən dövrdə 22 mini "smart-kart" olmaqla, ümumilikdə 65 min su sayğacı quraşdırılmışdır.

AzərTAc

Digər xəbərlər