PDF Oxu

İqtisadiyyat

  • 39

“Ford”un gəlirləri 2012-ci ilin 4-cü rübündə

“Ford”un gəlirləri 2012-ci ilin 4-cü rübündə

Amerika Birləşmiş Ştatlarının "Ford" şirkəti 2012-ci ilin 4-cü rübünün yekunları ilə bağlı hesabat yaymışdır.

"İl Sole" qəzetinin məlumatına görə, 2012-ci ilin 4-cü rübündə "Ford"un gəlirləri azalmış və şirkət 1,7 milyard dollar itki ilə üzləşmişdir. Şirkətin Avropa bazarında minik avtomobillərinin satışı da 22 faiz azalmışdır. Satışın zəif olması şirkətə 26,6 milyard dollar ziyan vurmuşdur.

Qeyd edək ki, qənaət tədbirləri çərçivəsində "Ford" 2014-cü ilin sonunadək Belçikanın Genk şəhərindəki və Böyük Britaniyadakı zavodlarını bağlamağı planlaşdırır. Nəticədə 6 min 200 əməkdaş işdən azad ediləcəkdir.

AzərTAc

Digər xəbərlər