PDF Oxu

İqtisadiyyat

  • 40

2018-ci ildə Azərbaycandan Avropaya 10 milyard kubmetr həcmində qazın ixrac edilməsi nəzərdə tutulub

2018-ci ildə Azərbaycandan Avropaya 10 milyard kubmetr həcmində qazın ixrac edilməsi nəzərdə tutulub

Transanadolu qaz kəmərinin (TANAP) 2018-ci ildə baş çatdırılması və Azərbaycandan Avropaya 10 milyard kubmetr həcmində qazın ixrac edilməsi nəzərdə tutulmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir.

Şirkətin prezidenti bildirmişdir ki, TAP və "Nabukko" layihələrinin ikisindən birinin seçilməsi ilə bağlı ARDNŞ-in ekspertləri Avropada partnyor şirkətlərlə görüşmüş və Azərbaycan qazını almaq istəyən ölkələrlə danışıqlar aparılır. Bu görüşlərdən sonra iki layihədən birinin seçilməsi haqqında qərar qəbul ediləcəkdir.

AzərTAc

Digər xəbərlər