PDF Oxu

İqtisadiyyat

  • 41

Almaniyanın ikinci böyük bankı olan “Commerzbank” 720 milyon avro itki ilə üzləşmişdir

Almaniyanın ikinci böyük bankı olan “Commerzbank” 720 milyon avro itki ilə üzləşmişdir

Almaniyanın ikinci böyük bankı olan "Commerzbank" 2012-ci ilin dördüncü rübünün nəticələrinə görə 720 milyon avro itki ilə üzləşmişdir.

"Euro news" kanalının məlumatına görə, şirkətin ötən il xalis gəliri cəmi 6 milyon avro təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli azdır. Bundan əlavə, 2013-cü ildə yenidən strukturlaşdırma üçün 500 milyon avro vəsait tələb olunur. Bir qədər əvvəl "Moody’s" tərəfindən reytinqi endirilən bank 2016-cı ilədək əməkdaşlarından 6 minini ixtisar etməyi planlaşdırır. Son mənfi məlumatdan sonra birjalarda bankın səhmləri 5 faiz ucuzlaşmışdır.

AzərTAc

Digər xəbərlər