PDF Oxu

İqtisadiyyat

  • 60

II Vergi Forumu başlayıb

II Vergi Forumu başlayıb

Bakıda "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda II Vergi Forum işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin, Avropa İttifaqının, Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkiaf Təşkilatının (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Bakıda akkreditə olunmuş səfirliklərin, ABŞ, Belçika və Türkiyədən gəlmiş tanınmış iqtisadçıların, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edirlər.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumda çıxışında bildirib ki, tədbir ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm bir addım olacaq.

Daha sonra vergilər naziri Fazil Məmmədov forumun məqsədləri barədə məlumat verib. O bildirb ki, forum xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir və ölkəmizin vergi sisteminin formalaşmasında ulu öndərin xidmətləri danılmazdır. Fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin kosmosa çıxarıldığını deyən nazir qeyd edib ki, Prezident İlham Əliyevin bu prosesi xanımı Mehriban Əliyeva ilə birlikdə canlı olaraq izləyib və peyk orbitə çıxarıldıqdan dərhal sonra bu tarixi hadisə münasibətlə Azərbaycan xalqını təbrik edib.

Nazir deyib ki, vergi xidməti son illər əsaslı modernizasiya prosesindən keçib, onun texnoloji imkanları genişləndirilib, vergi inzibatçılığı daha da təkmilləşdirilib.

sia.az

Digər xəbərlər