PDF Oxu

İqtisadiyyat

  • 67

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması məsələsi Gürcüstanda müzakirə olunacaqdır

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması məsələsi Gürcüstanda müzakirə olunacaqdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin başa çatdırılması məsələsi Gürcüstanda müzakirə olunacaqdır. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndə heyəti bu məqsədlə Gürcüstana səfər edəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir.

BTQ dəmir yolu ilə ilk qatarın yola salınmasının 2013-cü ilin sonunadək gözlənildiyini deyən Z.Məmmədov səfər zamanı yolun Gürcüstan hissəsinin tikintisinin tamamlanması barədə məsələnin müzakirə olunacağını qeyd etmişdir.

AzərTAc

Digər xəbərlər