Azərbaycanda ictimai nəqliyyatda (avtobuslarda) gediş haqqının kartla ödənilməsi sisteminin may-iyun aylarında tətbiq olunacağı gözlənilir.
AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir.
Kart-ödəniş sisteminin mərhələli şəkildə həyata keçiriləcəyini deyən nazir qeyd etmişdir ki, bu sistem ilkin olaraq 1000-ə yaxın avtobusda tətbiq olunacaqdır. Gediş haqqının ödənilməsi üzrə yeni sistemin tətbiqi kartların hesablanması üçün turniketlərin və aparatların quraşdırılmasını, yüklənmə terminallarını, kartların sifarişini, ictimai nəqliyyatdan giriş və çıxış sisteminin təyin edilməsini tələb edir. Bu istiqamətdə də lazımi tədbirlər görülür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...