PDF Oxu

İqtisadiyyat

  • 82

Aparıcı yapon şirkətlərinin səhmlərinin birja dəyəri artmışdır

Aparıcı yapon şirkətlərinin səhmlərinin birja dəyəri artmışdır

İnvestorların iqtisadi sağlamlaşdırmaya bəslədiyi ümidlər aparıcı yapon şirkətlərinin səhmlərinin birja dəyərinin son üç ayda 30 faizdən çox artması ilə nəticələnmişdir.

Fevralın 8-nə olan məlumata əsasən, Tokio Fond Birjasının birinci seksiyasında qeydiyyatdan keçən təxminən 1.700 şirkətin səhmlərinin ümumi birja dəyəri 3 trilyon 500 milyard dollar təşkil etmişdir.

Bu, keçmiş Baş nazir Yoşihiko Nodanın növbədənkənar seçkilrəin keçirilməsi üçün parlamentin aşağı palatasını buraxdığı ötən il noyabrın ortalarındakı göstəricidən 31 faiz çoxdur.

Səhmlərin birja dəyəri investorların şirkətləri necə qiymətləndirdiyini göstərən əsas indikatorlardan biridir.

Analitiklərin qənaətinə görə, belə sürətli nkişaf yenin zəifləməsi nəticəsində yapon ixracatçı şirkətlərinin öz gəlirlərini artıracağına investorların ümidlərini doğruldur.

AzərTAc

Digər xəbərlər