"Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının fəaliyyəti dayandırılmışdır.
Dövlət Sığorta Nəzarəti Xidmətindən AzərTAc-a bildirmişlər ki, bu şirkətin əvvəlki lisenziyasının qüvvəsinin başa çatması ilə əlaqədar müddətsiz lisenziyanın verilməsi barədə müraciətini Maliyyə Nazirliyinə qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etməməsi ilə bağlıdır.
Bununla əlaqədar ASC-yə sığorta qanunvericiliyinin sığorta və təkrarsığorta əməliyyatlarının dayandırılması ilə bağlı tələblərinə əməl etməsi barədə rəsmi göstəriş verilmişdir.
Cəmiyyətin sığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi barədə müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...