Beynəlxalq şirkətlər "Azərspace-1" peykinin iqtisadi baxımdan səmərəli olacağına inanaraq sərmayələr qoymuşlar.
AzərTAc xəbər verir ki, bu sözləri "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev demişdir.
R.Nəbiyev bildirmişdir ki, "Azərspace-1" peykinin yalnız 15 faizi Azərbaycanın vəsaiti hesabına maliyyələşmişdir. Qalan hissənin maliyyələşməsinə isə dünyanın tanınmış bankları və kredit şirkətləri tərəfindən sərmayələr qoyulmuşlar.
Bu banklar arasında ABŞ-ın "Export and İmport", Fransanın "Kompas" Kredit Agentliyi, "SOCİETE GENERALE", "BNP Paribas" Bankı, həmçinin Yaponiyanın "SMBC" Bankı yer almışdır. Onlar da bu layihənin iqtisadi baxımdan səmərəli olacağına inanırlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...