Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində texniki-iqtisadi göstəricilər yaxşılaşmışdır.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, respublikamızın enerji nəhəngi sayılan "Azərbaycan" İES-in kollektivi 2012-ci ili uğurla yola salmışlar. İl ərzində burada 8 milyard 126,5 milyon kilovat-saata, cari ilin yanvar ayında isə 828,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur.
Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, burada da avadanlığın keyfiyyətli istismarının təşkil olunması, enerji istehsalı üzrə dispetçer göstərişlərinin yerinə yetirilməsi, qəza və imtinaların sayının minimuma endirilməsi məqsədi ilə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilmişdir.
Hazırda stansiya fəaliyyətini cədvələ uyğun davam etdirir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...