PDF Oxu

İqtisadiyyat

  • 72

Qubanın su-kanalizasiya sisteminin yenilənməsi işləri davam etdirilir

Qubanın su-kanalizasiya sisteminin yenilənməsi işləri davam etdirilir

Qubanın içməli su ilə təminatının yaxşılaşdırılması və şəhərin kanalizasiya sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə başlanmış işlər sürətlə davam etdirilir.

AzərTAc xəbər verir ki, Qudyal çayı hövzəsindəki su mənbəyində inşa olunan 8 suqəbuledicinin inşası, "Qəçrəş yolu" ərazisində tikilən 5 min kubmetrlik, "Dəvədabanı" yaşayış massivində inşa olunan 2 min kubmetrlik və şəhərin "Nügədi yolu" ərazisindəki 2 min 500 kubmetrlik tutumu olan yeni su anbarlarında tikinti işləri başa çatdırılmışdır.

Bundan başqa, şəhərin 29-cu məhəlləsində 2 min kubmetr tutumu olan yeni su anbarında qazıntı işləri başa çatdırılmış, suyun bir anbardan digərinə ötürülməsi məqsədilə yeni magistral xəttin çəkilməsi təmin edilmişdir.

Ümumilikdə yeni sistemin qurulması ilə əlaqədar şəhərdə 136 min 974 metr içməli su və 11 min 262 metr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Bundan başqa, 3 min 850 evin su xəttinə, 4 min 595 evin isə kanalizasiya xətlərinə birləşmələr verilmiş, 1875 evdə "SMART" tipli su sayğacları quraşdırılmışdır.

Görülən işlər nəticəsində əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi mümkün olacaqdır.

AzərTAc

Digər xəbərlər