PDF Oxu

İqtisadiyyat

  • 56

Xarici sərmayələr hesabına respublika yollarının yenidən qurulması işləri davam etdirilir

Xarici sərmayələr hesabına respublika yollarının yenidən qurulması işləri davam etdirilir

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən xarici sərmayələr hesabına Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu layihəsi üzrə tikinti işləri və Quba-Qusar avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bəhramtəpə layihəsinin icrası istiqamətində işlər görülür. Layihə çərçivəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri aparılır.

Bununla yanaşı, Bakı-Şamaxı avtomobil yolunun 15-45-ci kilometr hissəsinin əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi layihəsinə də başlanılmışdır. Yevlax-Gəncə avtomobil yolunun əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi işləri isə başa çatmaq üzrədir.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması üçün texniki iqtisadi əsaslandırmanın hazırlanması həyata keçirilmişdir.

AzərTAc

Digər xəbərlər