PDF Oxu

İqtisadiyyat

  • 71

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 64,6 faizini təşkil etmişdir

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 64,6 faizini təşkil etmişdir

Cari ilin ilk ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81,1 faiz artaraq ümumi sərmayənin 64,6 faizini təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu vəsaitin 86,6 faizi dövlət, 13,4 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşmüşdür.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 271, 2 milyon manat, bank kreditləri 39,9 milyon manat, büdcə vəsaitləri 267,9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 18,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 20,1 milyon manat təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər