Heydər Əliyev adına Bakı neft emalı zavodunda baş mütəxəssislərin, istehsalat və sex rəhbərlərinin iştirakı ilə Türk Standartları İnstitutu tərəfindən TS EN İSO 9001, TSEN İSO 14001 və TS 18001 Beynəlxalq Standartları üzrə xarici audit keçirilmişdir.
AzərTAc xəbər verir ki, auditdə Türk Standartları İnstitutunun nümayəndəsi Tülay Giritli, auditorlar - institutun Azərbaycan təmsilçisi Xatirə Salahova, Səlim Çələbi iştirak etmişlər.
Beş gün davam edən audit zamanı auditorlar bir neçə istehsalat sahəsində və texnoloji qurğuda olmuşlar. Standartlarla bağlı müsbət rəy verilmiş, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülmüş və maarifləndirmə işlərinin daha da gücləndirilməsi qeyd edilmişdir.
Audit yoxlamanın başa çatması ilə bağlı keçirilmiş yığıncaqda zavod direktorunun birinci müavini, baş mühəndis Nail Əmirov audit iştirakçılarına təşəkkür edərək, auditorlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirmiş, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...