Fevralın 27-28-də Bakının "Hilton" mehmanxanasında Azərbaycan və Yaponiyanın mütəxəssislərinin iştirakı ilə peyk sənayesinin inkişafına həsr olunmuş seminar keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, seminarda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məruzə ilə çıxış edəcəkdir. Azərbaycan bu seminarda 24 şirkətlə təmsil olunacaqdır. Yaponiyanın məşhur "Mitsubishi Electric Corporation" şirkətinin vitse-prezidenti Takaşi Sasakavanın məruzəsi dinləniləcəkdir. Seminarda Yaponiyanın 17 şirkətinin 30 nəfərdən ibarət nümayəndəsi iştirak edəcəklər.
Qeyd edək ki, seminarın məqsədi Azərbaycanda və Yaponiyada peyk proqramları, Yaponiyanın peyk sektoru ilə bağlı xidmət və məhsullarının ölkəmizdə istifadə olunması, peyk sektoru üçün tələb və ehtiyac haqqında məlumatların ötürülməsi və mübadilə olunmasını təmin etməkdən ibarətdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...