Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsi başa çatmışdır.
Nazirliyin analitik-informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, sayca 8-ci olan bu müsabiqədə iştirak etmək üçün 2367 nəfər qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etmiş, 229-nun ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığından qəbul edilməmişdir.
Namizədlərdən 1716-sı vergi xidmətinə işə qəbulla bağlı keçirilən test imtahanında iştirak etmiş, onlardan 541-i növbəti mərhələyə buraxılmışdır. Müsahibə mərhələsinə buraxılan və iştirak edənlərdən 290-ı Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilmişdir. Tezliklə onların vakant yerlərə yerləşdirilməsinə başlanacaqdır.
Hazırda Ərazi Vergilər İdarələri və Rayon Vergilər Şöbələri də daxil olmaqla 42 vakant vəzifə vardır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...