PDF Oxu

İqtisadiyyat

  • 77

Azərbaycan Avropa Xalq Partiyasına üzv ölkələrin energetika nazirlərinin görüşündə təmsil olunmuşdur

Azərbaycan Avropa Xalq Partiyasına üzv ölkələrin energetika nazirlərinin görüşündə təmsil olunmuşdur

Azərbaycan Respublikası Sənaye və Energetika naziri Natiq Əliyev Avropa Xalq Partiyasına üzv ölkələrin energetika nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşündə iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, Avropa Xalq Partiyasının qərargahında keçirilən toplantıda Natiq Əliyev Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri, həyata keçirilən layihələr, perspektiv planlar barədə ətraflı məlumat vermişdir.

Toplantıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələləri, Azərbaycanın enerji siyasəti və mühüm layihələrdə iştirakına dair müzakirələr aparılmışdır.

Görüşdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Avropa Xalq Partiyasının vitse-prezidenti Sarıuş Volski, Macarıstan, Latviya və digər ölkələrin nazirləri iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər