Martın 27-dən 29-dək Bakıda Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı komissiyası üzrə 31-ci iclası keçiriləcəkdir.
İclas çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda seminarı keçiriləcəkdir.
RİTN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komissiyanın iclasında RRB-yə üzv ölkələrin milli qanunvericiliyinin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların "LRIC" modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə ediləcəkdir.
Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı analiz ediləcəkdir.
Bununla yanaşı, iclas çərçivəsində rəqəmli yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə də baxılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...