PDF Oxu

İqtisadiyyat

  • 79

Şəki EŞ Müəssisəsində hazırlıq işləri yüksək səviyyədə aparılır

Şəki EŞ Müəssisəsində hazırlıq işləri yüksək səviyyədə aparılır

Şəki Elektrik Şəbəkə (EŞ) Müəssisəsi abonentlərin elektrik enerjisi ilə təmin olunması istiqamətində hazırlıq işlərini yüksək səviyyədə aparır.

"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, ötən ilin son üç ayında müəssisənin balansına aid olan 110 kilovoltluq "Şəki" və "Zaqatala", "İsmayıllı" və digər 35 kilovoltluq hava xəttində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Müəssisənin xidməti ərazisində olan 110 kilovoltluq "Zaqatala" yarımstansiyasında bir ədəd 35 kilovoltluq yağ açarı əsaslı, 10 və 20 meqavat-amperlik transformatorlar təmir olunmuşdur.

Oxşar təmir işləri "İsmayıllı" yarımstansiyasında da həyata keçirilmişdir.

Qeyd edək ki, yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlığında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir.

AzərTAc

Digər xəbərlər