PDF Oxu

İqtisadiyyat

  • 77

Cari ilin ötən iki ayı ərzində Dövlət Neft Şirkəti 24 min 599 metr qazma işi həyata keçirmişdir

Cari ilin ötən iki ayı ərzində Dövlət Neft Şirkəti 24 min 599 metr qazma işi həyata keçirmişdir

Cari ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla 13 min 970 metr qazma işi həyata keçirmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sahədə görülmüş işlərin 12 min 877 metri istismara, 10 min 93 metri kəşfiyyata aid olmuşdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 24 min 599 metr qazma işi görülmüşdür ki, bunun da 22 min 197 metri istismara, 2 min 402 metri kəşfiyyata aid olmuşdur.

AzərTAc

Digər xəbərlər