PDF Oxu

İqtisadiyyat

  • 42

Azərbaycanda davamlı inkişafın müasir vəziyyətinin siyasi-iqtisadi təhlili

Azərbaycanda davamlı inkişafın müasir vəziyyətinin siyasi-iqtisadi təhlili

Bir neçə yüz illər ərzində Azərbaycanın müstəqil milli iqtisadiyyatı olmamışdır. Bunun bir neçə səbəbləri mövcud olmuşdur.

Azərbaycan 1828-ci ildə Rusiya və İran imperiyaları arasında bölüşdürülmüşdür. Cənubi Azərbaycan İran imperiyasının tərkibinə qatılmış və Azərbaycan iqtisadiyyatı İran imperiyasının iqtisadiyyatına uyğunlaşdırılmışdır. Şimali Azərbaycan isə Rusiya imperiyasının tərkibinə qatılmış və Rusiya imperiyasının iqtisadiyyatına uyğunlaşdırılmışdır. Uzun bir müddətdən sonra 1918-1920-ci illərdə mövcud olmuş və cəmi 23 ay yaşayan Azərbaycan Demokratiq Respublikası da müstəqil milli iqtisadiyyat yarada bilməmiş və qısa bir müddətdə süqut etmişdir. Lakin Azərbaycan yeni bir formada- Azərbaycan Sovet Sosialis Respublikası adı ilə yenidən Rusiya ilə birlikdə qaldı.

Azərbaycan SSRİ-nin tərkibində nisbi bir respublika olsa da, onunla birlikdə olduğu 70 ildən artıq bir müddətdə özünü müstəqil milli iqtisadiyyatını yarada bilmədi. Azərbaycanın təbii sərvətləri, elmi potensialı, iqtisadi gücləri ümumiittifaq səviyəsində vahid xalq təsərrüfatı halında birləşdirildi və vahid mərkəzdən idarə edildi. Bunu demək kifayətdir ki, Azərbaycanada sənaye müəssisələrinin 93%-i, Bakı şəhəri ərazisində isə sənaye obyektlərinin 95%-i ittifaqın tabeliyində idi.

Ötən əsirin 90-cı illərin əvvələri Sovetlər birliyi dağıldı. Keçmış birliyin dağılması ilə yeni müstəqil dövlətlər yarandı. Həmin dövlətlərdən biri də Azərbaycan dövləti idi. 20-ci əsrin 90-cı illəri Azərbaycan xalqının həyatında yaddaqalan hadisələrlə zəngin olan tarixi bir dövrü əhatə etmişdir. Bu dövrün ən başlıca hadisələri:

1. Milli dövlətciliyimizin bərpa edilməsi.

2. Azərbaycanın müstəqil bir dövlət kimi yenidən tarix səhnəsinə qayıtması.

Respublikamızın keçmiş birlikdən ayrılması ölkə iqtisadiyyatına qismən təsir etmişdir. Belə ki, keçmiş müstəqil ölkələrlə olan iqtisadi əlaqələr kəsilmiş, dövlətin əsas gəlir mənbəyi olan neftin ixracı kəskin şəkildə aşağı düşmüş və neft-maşınqayırma sənayesi müəssisələrinin istehsal və satış həcmi kəskin şəkildə aşağı düşmüşdür. Bu deyilənlərlə yanaşı, ölkə iqtisadiyyatını sarsıdan ən başlıca amil ifrat milliyyətçi ermənilərin hərbi təcavüzü idi. Bu təcavüz nəticəsində ölkə iqtisadiyyatı demək olar ki, ifliç vəziyyətə düşməklə üz-üzə qalmışdır. Həmçinin, müstəqiliyin ilk illərində hakimiyyətdə olan boşluq nəticəsində də ölkə iqtisadiyyatına güclü bir zərbə dəymişdir.

Hərbi təcavüz nəticəsində 730 yaşayış məntəqəsi, 72 min hektar əkin sahəsi, 34 min hektar üzümlük, 309 mindən çox iri və xırda buynuzlu mal-qara, 173 sənaye müəssisəsi, 9500-dən sosial obyektlər, 9 min.kv. metirdən çox yaşayış evi sahələri, yollar, və s. ələ keçirilmiş, talan və məhv edilmişdir. Birbaşa dəyən ziyanın həcmi isə demək olar ki, 15-20 mlrd. ABŞ dolları təşkil etmişdir (bu məlumatlar 2005-ci ilin statiq məlumatlarıdır). Yuxarıda qeyd olunanalardan ən başlıcası isə 20% torpaqlarımızın işğal edilməsidir.

Artıq Azərbaycan iqtisadiyyatına dəymiş bu zərər tədricən yeni yaranmış dövlətimizin iqtisadiyyatının çökməsi ilə nəticələnirdi. İqtisadi müstəqiliyini itirmək təhlükəsi olan ölkələr öz siyasi müstəqiliyinidə itirəcək deməkdir. Həmin illərdə ixracın strukturunda neft məhsulları və pambıq lifləri 57%, ərzaq və xalq istehlakı malları 24%, maşınqaırma, kimya, neft-kimiya, metallurgiya sənayesi məhsulları 19% təşkil edirdi. İdxalın strukturunda ərzaq və xalq istehlakı mallları 37%, xammal və maddi-texniki təyinatlı məhsullar 63%, o cümlədən, qaz 25% təşkil edirdi. 1990-cı ildən dövlət büdcəsi hər il böyük kəsirlə müşayiət ediliridi. 1992-1995-ci illər ərzində milli valyuta olan manat dövriyyəyə buraxılan andan o, ABŞ dollarına nisbətən öz dəyərinin 90%-ni itirmişdir.

Qeyd edilmiş və digər neqativ proseslər respublika iqtisadiyyatını məhv edir ən əsası isə əhalinin maddi vəziyyətini kəskin şəkildə pisləşməsinə səbəb olurdu. Artıq demək olar ki, ölkə öz iqtisadi müstəqiliyini itirməsi ilə üzləşirdi.

1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbər gəlməsi nəyinki ölkə, xalq üçün, o cümlədən, ölkə iqtisadiyyatını dirçəlməsinə səbəb oldu. Dahi Lider hakimiyyətə gələn kimi, ölkə iqtisadiyyatının vəziyyətini təhlil etmiş və məlum olmuşdur ki, iqtisadiyyat ifliç vəziyyətindədir. Ulu Öndər yaxşı bilirdi ki, ölkə iqtisadiyyatını dirçəltmək üçün ilk addım kimi müharibədə atəşkəsə nail olmaq lazımdır. Əldə edilmiş vaxt ərzində həm ölkə iqtisadiyyatını dirçəltmək, həm də iqtisadiyyatı müasir bazar mexaniziminə uyğunlaşdırmaq lazımdır. Bununla yanaşı, iqtisadiyyatı canlandırmağın ən başlıca amili kimi neft sektorunun olmasını yaxşı dərk edən Ulu Öndər hakimiyyətinin ilk vaxtlarında neftin dünya bazarına çıxmasına çalışmışdır. Dahi şəxsiyyət qısa bir vaxta bu iki amilin öhdəsindən uğurla gəldi. 1994-cü il mayın 12-də Qırğızıstan paytaxtı Bişkekdə Ermənistanla atəşkəs imzalandı. Sazişin imzalanması Azərbaycan iqtisadiyyatının qurulmasına müəyyən vaxt verdi.

Dahi Liderimiz müasir texniki əsaslarla neft sahəsinin dirçəldilməsi üçün 20 sentyabr 1994-cü ildə ARDNŞ ilə dünyanın 11 aparıcı şirkətlərinin konsorsimu arasında Xəzər dənizinin Azərbaycana aid hissəsində neft-qaz yataqlarının birgə işlənməsi haqqında "Əsrin müqaviləsi" adını almış müqavilə imzalandı. Artıq bu müqavilənin nəticəsində Azərbaycana kütləvi xarici investorlar axını başlandı.

Artıq Azərbaycan sosialis sistemindən imtina edərək, yeni bir sistemə qədəm qoymuşdur. Bu sistem məhz bazar iqtisadiyyatı sistemi idi. Dahi Lider ölkəmizin bazar iqtisadiyyatına keçməsi üçün olduqca əhəmiyyətli tədbirlərə əl atmışdır. Aydın məsələdir ki, yeni sistemə keçmək olduqca çətin bir məsələ olmuşdur. Ulu Öndər yaxşı bilirdi ki, bu sistemə keçməyin və bu sitemi ölkədə qurmağın ən əsas amili əlverişli hüquqi bazanın yaradılmasidır. Dahi Liderin uzaqgörən siyasəti ilə bazar iqtisadiyyatının qurulması üçün yeni və təkmiləşdirilmiş hüquqi baza formalaşdırıldı.

93-cü illərdən iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması məqsədi ilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sitemi ləğv edildi, xarici ticarət fəaliyyəti, qiymətlər tamamı ilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdutiyyətlər aradan qaldırıldı, sərt maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib hüquqi şərəait yaradıldı. Azərbaycan Dövlət Statistika İdarəsinin məlumatlarına əsasən 1995-ci ildə respublikada orta 10 min kiçik müəssisə, 80 minə yaxın fərdi kommerasiya strukturları, 100-dən çox kommerasiya bankı, 3,5 min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə müəssisə fəaliyyət göstərirdi.

Görülmüş tədbirlər nəticəsində inflyasiyanın tempi 1994-cü ilin dekabrında 55%-dən 1995-ci ilin fevralından 13,7%-ə, martda 3,3%-ə qədər azaltmaq, milli valyutanın stabilləşməsi üçün Milli Bankda zəruri ehtiyatları yaratmaq mümkün oldu.

Struktur islahatların aparılması ilə artıq iqtisadiyyatımızda makroiqtisadi stabilik əldə edilmişdir. Dahi Lider tərəfindən qısa bir vaxtda Azərbaycan davamlı iqtisadi inkişafa qədəm qoydu. Bazar iqtisadiyyatının strukturu, infrastrukturu quruldu. Qısa bir müddətdə Dahi Lider davamlı iqtisadi inkişaf üçün iqtisadi təhlilər apardı. Bu təhlilər əsasında Azərbaycanın gələcək davamlı iqtisadi inkişafının əsası qoyuldu. Həmçinin, iqtisadiyyatda aparılan bu cür iqtisadi təhlillər nəticəsində bazar mexaniziminə keçid müvəffəqiyyətlə həyata keçirildi. Azərbaycan iqtisadiyyatının bu cür qısa vaxta dirçəlməsi məhz Ulu Öndərin dərin iqtisadi islahatlarının nəticəsi idi.

Artıq Azərbaycan iqtisadiyyatı dirçəlmiş və davamlıiqtisadi inkişafa qədəm qoymuşdur. Məlum olduğu kimi, ölkəmizin iqtisadiyyatının dirçəlməsində neft sektorunun payı danılmaz idi. Artıq Ulu Öndər neftin xarici bazarlara nəqilinin ən alternativ yollarının tapılmasını axtarmışdlır. Azərbaycan neftinin Avropaya ixracının siyasi təhlili məhz Dahi Lider tərəfindən qoyulmuşdur. Həmin vaxtlar Azərbaycan hökumətinin əsas məqsədlərindən biri də nefti dünya bazarına çıxarmaq və ondan gələn mənfəətlə ümummilli problemlərin həlli, sosial-iqtisadi böhrandan çıxmaq və respublikanın çiçəklənməsinə nail olmaq, o cümlədən, Qarabağ məsələsinin həlli üçün mənbə və məqsəd kimi istifadə edilməsi idi.

Azərbaycan neftinin Ceyhan limanından nəql edilməsi ideyası ilk dəfə 1992-ci ildə səslənmiş və bu ideya ilə Azərbaycan dünya iqtisadi sisteminə daxil olmuş və respublikamızın iqtisadi inkişaf strategiyasının bir hissəsi hesab edilmişdir. BTC marşrutu üzrə neftin nəql edilməsi ideyası yarandığı andan, onun uğur qazanacağı dəfələrlə şübhə altına alınmışdır. Layihəni tənqid edənlər onun həddən artıq baha və az səmərəli olduğunu iddia edirdilər.

1998-ci ilin yazında ABŞ senatoru Sem Braunbenkin ("İpək yolu" strategiyası layihəsinin müəllifi) bəyanatından sonra vəziyyət köklü surətdə dəyişildi. O, bəyan etmişdir ki, "Transxəzər nəql variantı Mərkəzi Asiyadan və Zaqafqaziyadan neft və qazın dünya bazarlarına daşınmasında ən vacib istiqamətlərindən biridir". Elə həmin ildə AMOCO və ARDNŞ nümayəndələrindən ibarət işçi qrupu əsas ixrac boru kəmərinin öz ərazilərində quraşdırmağa iddia edən ölkələrlə danışıqlar apardı. Lakin son qərar Vaşinqtonda qəbul edildi. 1998-ci ilin oktyabrında milli məsələlər üzrə ABŞ prezidentinin köməkçisi S.Berqer və Xəzər energetika məsələləri üzrə prezidentin xüsusi məsləhətçisi R.Morninqstarın Ameirkanın ən iri neft şirkətlərinin rəhbərləri ilə görüşü keçirildi və Xəzər regionun neft yataqları ilə boru kəmərlərinin salınması variantları müzakirə edildi. Bu müşavirədə Amerikanın rəsmi şəxsləri neft şirkətlərinin layihənin rentabelliyinə dair bir daha şübhələrini ifadə etmələrinə baxmayaraq, onları Bakı-Ceyhan marşrutunun xeyrinə döndərməyə müvəffəq oldular. 29 oktyabr 1998-ci ildə Ankarada Xəzəryanı dövlətlərin prezidentləri və Türkiyə Xəzərin və Orta Asiyanın neftinin dünya bazarına daşınması haqqında deklarasiyanı imzaladılar və bununla da BTC layihəsini dəstəklədiklərini təsdiq etdilər. Bu sənədin imzalanması mərasimindən sonra, Heydər Əliyev çıxış edərək qeyd etdi: "Dövlət başçıları tərəfindən ifadə edilən iradə Bakı-Ceyhan layihəsinin gerçəkləşməsinin əsasını qoydu".

Bütövlükdə, qeyd etmək lazımdır ki, respublikaya iri xarici investorların cəlb edilməsi ilə yanaşı, Azərbaycan hökuməti enerji strategiyasının reallaşmasının başlanğıcında ixrac marşrutlarının inkişafı kimi mürəkkəb məsələni də səriştəli həyata keçirməyə nail oldu. Azərbaycan əvvəlcə çoxvariantlı şəbəkəni seçdi və mərhələlərlə qarşıya qoyduğu məqsədlərə nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev 2004-ci ilin mayında "Amerada Xess" Amerika şirkətinin nümayəndələrini qəbul etdi. Həmin görüşün gedişində o, BTC layihəsinin əhəmiyyətini qeyd edərək, bildirdi ki, bu layihələr yalnız Azərbaycan üçün deyil, həm də region və bütün dünya üçün iqtisadi cəhətdən qiymətlidir. Geosiyasi nöqteyi-nəzərdən neft kəmərinin Cənub istiqaməti ölkələrinin ərazilərindən keçməsini qiymətləndirmək çox mürəkkəbdir. Potensial investorlar üçün bu, o deməkdir ki, həmin ölkələrdə çox və ya az dərəcədə siyasi sabitlik mövcuddur. Bundan başqa, boru kəmərinə malik olan ölkə əsas strateji tranzit dövlət olmasını da iddia edə bilər. Respublikamızın tranzit ölkə qismində çıxış etməsi ölkəmizin iqtisadi maraqlarını olduqca yüksək səviyyədə qoruyur. Tranzit ölkə kimi çıxış etməyimizdə bir çox Avropa ölkələri daha çox maraqlıdır. Belə ki, Avropa iqtisadi əlaqələri daha çox öz xeyrinə olaraq "siyasi silaha" çevirməyə adət etmiş Rusiya kimi iri dövlətdənsə, Azərbaycan kimi diplomatik siyasət yeridən müstəqil ölkələrə üstünlük verir. Azərbaycanda ixrac marşrutunun mövcudluğu hökuməti regionda stabillik, tərəqqi və sülh məqsədi ilə uzaqgörən və ağıllı siyasət aparmağa məcbur edir.

Mahmud Sadıqov,

Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi

Digər xəbərlər