Macarıstanın kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin Azərbaycana səfəri çərçivəsində Bakıda martın 13-də Azərbaycan-Macarıstan işgüzar görüşü keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, Macarıstanın nümayəndə heyətinə 10 şirkəti təmsil edəcək nümayəndələr daxildir.
Azərbaycan-Macarıstan işgüzar görüşdə Macarıstan tərəfindən heyvandarlıq, quşçuluq, taxılçılıq, kənd təsərrüfatı avadanlığının istehsalı, kartof toxumu və viruslara davamlı kartofun istehsalı, yem istehsalı, süd istehsalı, biotexnoloji araşdırmalar, ətraf mühitin bərpası, informasiya-texnoloji sistemlər və digər sahələri təmsil edən şirkətlər iştirak edəcək.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...