Bu gün Aqrar siyasət komitəsinin növbəti iclasında "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, iclasda çıxış edən komitənin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verərək bildirib ki, saziş heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasını, eyni zamanda yoluxucu heyvan xəstəliklərinin və heyvan mənşəli təhlükəli məhsulların daxil olmasının qarşısının alınmasını, həmçinin baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.
Qeyd edək ki, sazişdə bir sıra maddələr yer alıb. Əsas maddə isə heyvanların və heyvan mənşəli məhsulların idxalı və tranziti (bundan sonra- yük), yalnız məcburi baytarlıq- sanitariya tələbləri yerinə yetirildikdən və idxal edən ölkənin və yükün dövlət ərazisindən tranzitlə keçərək ölkənin səlahiyyətli orqanının əvvəlcədən razılığı alındıqdan sonra həyata keçirilə bilməsidir.
Tərəflərin səlahiyyətli orqanları yükləri Azərbaycan Respublikasına və Srebiya Respublikasına müşayiət edəcək beynəlxalq baytarqlıq sertifakatrının nümunələrini mübadilə edəcək, hər hansı dəyişiklik və əlavələr haqqında bir-birini xəbərdarlıq edəcəklər.
Müzakirələrin sonunda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyyə olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...