PDF Oxu

İqtisadiyyat

  • 57

Xırdalan şəhərində sahibkarlar üçün treninq keçirilmişdir

Xırdalan şəhərində sahibkarlar üçün treninq keçirilmişdir

Martın 14-də İqtisadi İnkişaf Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində sahibkarlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İdxalı əvəz edən məhsulların istehsalının və ixracının stimullaşdırılması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə Xırdalanda fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak etmişdir.

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+"), bu sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsindən danışılmışdır.

Treninq iştirakçıları, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, elektron ticarət və onun əhəmiyyəti və s. barədə məlumatlandırılmışlar.

AzərTAc

Digər xəbərlər