"Qəbələ" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində enerjinin ötürülməsi, paylaşdırılması, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvarında müəssisənin xidməti ərazisində 7,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 15 faizə yaxın artmışdır. Əhali tərəfindən istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 482 min kilovat-saat artaraq 3,1 milyon kilovat-saata yaxın olmuşdur. Ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faizə yaxın artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...