PDF Oxu

İqtisadiyyat

  • 62

“Ucar” EŞ Müəssisəsində təxirəsalınmaz tədbirlər

“Ucar” EŞ Müəssisəsində təxirəsalınmaz tədbirlər

. "Ucar" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində aparılan yeniləşdirmə tədbirləri çərçivəsində beton dayaqlar dəyişdirilir, naqillər təzələnir, yüksək keyfiyyətli transformatorlar quraşdırılır.

"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, ötən ilin son üç ayı ərzində müəssisənin balansına aid olan 10 kilovoltluq xətlərin 2,4 kilometri təmir olunmuş, beş dayaq düzəldilmiş, naqillərin qabariti bərpa olunmuşdur. Eyni zamanda 0,4 kilovoltluq xətlərin 2,9 kilometri əsaslı və cari təmir olunmuş, 7 dayaq və eyni sayda travers quraşdırılmışdır.

Qeyd edək ki, müəssisənin ərazisində 34 transformator məntəqəsində təmir işləri aparılmış, 33 transformatora yağ əlavə edilmişdir.

AzərTAc

Digər xəbərlər