PDF Oxu

İqtisadiyyat

  • 64

“Samsung” şirkəti Galaxy S4 smartfonunu təqdim etmişdir

“Samsung” şirkəti Galaxy S4 smartfonunu təqdim etmişdir

Koreyanın "Samsung" şirkəti Nyu-Yorkda keçirilən təqdimat mərasimində yeni qabaqcıl Galaxy S4 smartfon modelini təqdim etmişdir.

AzərTAc bildirmişdir ki, smartfonun fərqləndirici cəhətləri arasında "kontaktsız interfeys"i göstərmək olar. Belə ki, istifadəçi istədikdə ekrana toxunmadan qurğunu idarə edə bilər. Müvafiq funksiyalar Smart Scroll (səhifələrin vərəqlənməsi üçün istifadə olunur) və Smart Pause (istifadəçi diqqətini aparatdan çəkdikdə, video pauza rejiminə düşür) adlanır.

Galaxy S4 xarici görünüşcə "Samsung"un əvvəlki qabaqcıl Galaxy S3 modelini xatırlatsa da, daha nazik və möhkəm şəklə salınmışdır. Qurğunun çəkisi 130 qram, qalınlığı 7,9 millimetr təşkil edir.

Yeni smartfon 1920x1080 meqapiksel təsvir ölçüsünə malik ekranla təchiz olunmuşdur.

AzərTAc

Digər xəbərlər