Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 943,4 milyon manat olmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, artımın 54,1 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 715,7 milyon manatlıq və ya 5 faiz çox pullu xidmətlər göstərilmişdir.
Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 50,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...