PDF Oxu

İqtisadiyyat

  • 59

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 2,1 milyon ton təşkil etmişdir

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 2,1 milyon ton təşkil etmişdir

Cari ilin yanvar-fevral aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 2,1 milyon ton təşkil etmişdir. Yüklərin 62,2 faizini neft, 37,8 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəniz limanlarında 2,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 4,8 faiz artım olmuşdur. İşlənmiş yüklərin 89,7 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 9 faiz artmışdır.

AzərTAc

Digər xəbərlər