PDF Oxu

İqtisadiyyat

  • 47

Dəmir yolunun Sığırlı-Padar mənzilində 10 kilometr yol əsaslı təmir olunur

Dəmir yolunun Sığırlı-Padar mənzilində 10 kilometr yol əsaslı təmir olunur

Martın 28-də dəmir yolunun Sığırlı-Padar mənzilində 10 kilometr yolun əsaslı təmirinə başlanılmışdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, təmir işləri aprelin 7-dək davam edəcəkdir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilmişdir.

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramına əsasən Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaqdır. Əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış və bu günədək 201 kilometr yol əsaslı təmir olunmuşdur.

AzərTAc

Digər xəbərlər