Regionlarda genişzolaqlı internetə çıxış imkanları artmışdır.
AzərTAc xəbər verir ki, "Aztelekom" İstehsalat Birliyinin (İB) xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 2,2 dəfə artaraq 114 mini keçmişdir. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9 faiz təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9 faiz olmuşdur.
İB tərəfindən 7 internet-provayderlə bağlanan birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq 17 rayonda 570 kilometr optik kabel çəkilmişdir. Layihə çərçivəsində 33 telekommunikasiya qovşağının xidməti ərazisində 2 min 100 kilometrdən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...