PDF Oxu

İqtisadiyyat

  • 54

Zaqatalada yazlıq bitkilərin əkini davam edir

Zaqatalada yazlıq bitkilərin əkini davam edir

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam edir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, indiyədək 3.438 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Məhsul istehsalçıları 1.060 hektar sahədə kartof, 800 hektara yaxın sahədə tərəvəz, 300 hektarda dən üçün qarğıdalı, 13 hektarda bostan bitkiləri əkmiş, 1.265 hektar sahəyə yonca səpmişlər. Ümumiyyətlə, cari ildə rayonda 14 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır.

Bundan əlavə, hazırda rayonun təsərrüfatlarında taxıl əkinlərinə aqrotexniki xidmət işləri davam etdirilir, sahələrə yemləmə gübrələri verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

AzərTAc

Digər xəbərlər