PDF Oxu

İqtisadiyyat

  • 41

Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə başlanılmışdır

Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə başlanılmışdır

Yeddi min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, tikinti işləri iki mərhələdə aparılacaqdır. Birinci mərhələdə yolun genişləndirilməsi, suötürücülərin quraşdırılması, istinad divarlarının və iki körpünün tikilməsi nəzərdə tutulmuşdur.

Artıq yolun 5 kilometrlik hissəsi asfalt döşənməsi üçün hazır vəziyyətə gətirilmişdir. Ümumi uzunluğu 23 kilometr olan yolun eni 9 metr olacaqdır.

Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır.

AzərTAc

Digər xəbərlər