PDF Oxu

İqtisadiyyat

  • 42

Auditorlar Palatası "Daxili auditin əsasları" üzrə kurslar təşkil edir

Auditorlar Palatası "Daxili auditin əsasları" üzrə kurslar təşkil edir

Təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə Auditorlar Palatası və Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) "Audit-Azərbaycan" İnstitutu aprelin 15-dən mayın 17-dək daxili auditor kadrlarının hazırlanması üzrə kurslar keçirəcəkdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, kursları daxili audit sahəsində böyük təcrübəyə malik olan yüksək ixtisaslı müəllimlər tədris edirlər. Kurslar ödənişlidir.

Sonda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.

İştirak etmək istəyənlər aprelin 10-dək Auditorlar Palatasına müraciət etməlidirlər.

AzərTAc

Digər xəbərlər