PDF Oxu

İqtisadiyyat

  • 38

ARDNŞ xüsusi mükafata layiq görüldü

ARDNŞ xüsusi mükafata layiq görüldü

Dövlət Neft Şirkəti "Fövqəladə halların aradan qaldırılması üzrə əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" mükafat alıb

Bu günlərdə Qazaxıstanın Almatı şəhərində neft-qaz sənayesinin əsas sahələrində texnoloji və ekoloji təhlükəsizliyin yeni texnologiya və tədbirlərinə həsr olunmuş "Dənizdə və quruda neft dağılmaları, yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi" mövzusunda konfrans keçirilib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, "Confidence Capital" şirkətinin təşkilatçılığı və "Caspian Offshore Construction" şirkətinin dəstəyi ilə keçirilən konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri və neft-qaz şirkətlərinin mütəxəssisləri iştirak edib.

Konfransda sənaye fəaliyyəti nəticəsində ətraf mühitə təsirin azaldılması, neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması, neftlə çirklənmiş torpaqların rekultivasiyası və suların təmizlənməsi üsulları, mövcud metodların effektivliyi və proqressiv texnologiyanın tətbiqi, avadanlıqların modernizasiyası, sənaye tullantılarının azaldılması ilə bağlı praktiki məsələlərin həlli istiqamətində təqdimatlar dinlənilmiş, müzakirələr aparılıb.

Konfransda iştirak edən ARDNŞ-nin Ekologiya İdarəsinin Risklərin idarə olunması şöbəsinin rəisi E.Əlizadə "ARDNŞ-də ətraf mühitin qorunması və neft dağılmalarının idarə olunması" mövzusunda çıxış edərək şirkətin bu sahədə həyata keçirdiyi layihələr haqqında iştirakçılara geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Konfrans çərçivəsində ATƏT-in Qazaxıstan nümayəndəliyi tərəfindən bir sıra neft-qaz şirkətlərinə ətraf mühitin qorunması sahəsində qazanılmış uğurlara görə mükafatlar təqdim olunub. ARDNŞ "Fövqəladə halların aradan qaldırılması üzrə əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" mükafata layiq görülüb.

sia.az

Digər xəbərlər