"Xalq kompyuteri" layihəsi çərçivəsində güzəştli şərtlərlə satılan kompyuterlərin sayı 21 min 250-yə çatmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində orta məktəb müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompyuter almaq imkanı əldə etmişlər.
Layihədə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25-40 faiz aşağı qiymətə, 12 ay müddətində faizsiz kreditlə təqdim olunur.
Rabitə və İnformasiya Texnologiyaları (RİTN) və Təhsil nazirlikləri tərəfindən təşkil olunan "Xalq kompyuteri" layihəsinə kompyuter "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir, təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...