Paytaxtda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel nəzərdə tutulan yolun tikintisinə yaxın vaxtlarda başlanacaqdır.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaqdır. Yolun ümumi uzunluğu 7 kilometrdən artıq, 6 hərəkət zolaqlı olacaqdır. Yol boyu tunellərin və yolötürücülərinin tikintisi planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı -Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz çatmağa imkan verəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...