PDF Oxu

İqtisadiyyat

  • 45

Xaricdən gələn turistlərin sayı 1 milyonu ötüb

Xaricdən gələn turistlərin sayı 1 milyonu ötüb

"Azərbaycanda turizm şirkətlərinin sayı 200-dən çoxdur. Əgər 2002-2003-cü ildə Azərbaycanda turizm şirkətlərinin sayı 18-19-a çatırdısa, hazırda bu rəqəm dəfələrə artıb. Həmin illərdə Azərbaycanda 80-90-a yaxın mehmanxana və mehmanxana tipli turizm obyektləri mövcud idisə, hazırda bu rəqəm 500-ü ötüb". SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

O deyib ki, 2002-2003-cü illərdə Azərbaycana xaricdən ildə 400 minə yaxın turist gəlirdisə, hazırda bu rəqəm 1 milyonu ötüb: "Gələcəkdə Azərbaycanda turizm sektoruna göstərilən diqqət və qayğının nəticəsi olaraq ölkəyə gələn turistlərin sayının artacağı istisna deyil".

sia.az

Digər xəbərlər