PDF Oxu

İqtisadiyyat

  • 24

Sığorta tələbləri üzrə 11 milyon 900 min manatdan çox sığorta ödənişi edilmişdir

Sığorta tələbləri üzrə 11 milyon 900 min manatdan çox sığorta ödənişi edilmişdir

"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 8.048 tələb qeydiyyata alınmışdır.

İSB-dən AzərTAc-a bildirilmişdir ki, sığorta tələblərindən 7.821-i üzrə sığorta ödənişi həyata keçirilmiş, 37-dən imtina olunmuşdur. 190 sığorta tələbi isə baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə ümumilikdə 11 milyon 900 min manatdan çox sığorta ödənişi həyata keçirilmişdir.

AzərTAc

Digər xəbərlər