Azərbaycanda 119 məlumat və xidmət mərkəzi fəaliyyətə başlamışdır.
"KATV 1" kabel televiziyasından AzərTAc-a bidlirmişlər ki, yeni fəaliyyətə başlayan məlumat xidmət mərkəzində bir çox dövlət və özəl şirkətlər, təşkilatlar, həmçinin bəzi hallarda fiziki şəxslər haqqında məlumatlar əldə etmək mümkündür. Bunun üçün 119 nömrəsinə zəng vurmaq kifayətdir. Mərkəz eyni zamanda geniş servis və xidmətlər təqdim edir. Böyük sərmayə tələb edən müasir texnologiyalar, proqram təminatı və avadanlıq müştəriləri tələb olunan məlumatla tez bir zamanda və keyfiyyətlə təmin etməyə imkan verir.
Mərkəz taksi sifarişi, ayıq sürücü xidməti, evakuator və s. avtoxidmətlər göstərir. Bundan əlavə müştərilər bilet və otel sifarişi kimi turistik, hüquqi maarifləndirmə, restoranda masa və yemək sifarişi, müxtəlif daşımalar, kuryer, mağazadan alış-veriş, güllərin çatdırılması və sair xidmətlərdən də yararlana bilərlər.
119 məlumat və xidmət mərkəzi Azərbaycan bazarında əksəriyyəti ilk dəfə təqdim olunan innovasiya xidmətləri təklif edir. Mərkəzin xidmətlərindən istifadə etmək üçün həm mobil operatorlardan, həm də Bakı və Abşeron yarımadasından şəhər telefonlarından 119 nömrəsinə, regionlardan isə 012 119 nömrəsinə zəng vurmaq kifayətdir. Daxil olan zənglərin qiyməti 47 qəpik təşkil edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...