PDF Oxu

İqtisadiyyat

  • 36

Mart ayında Ceyhan limanından dünya bazarlarına 2,3 milyon ton neft çıxarılmışdır

Mart ayında Ceyhan limanından dünya bazarlarına 2,3 milyon ton neft çıxarılmışdır

Cari ilin mart ayı ərzində 2 milyon 364 min 226 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Bu həcmin 1 milyon 414 min 759 tonunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nefti təşkil etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ilin yanvar-mart aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 6 milyon 993 min 789 ton olmuşdur.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2013-ci il aprel ayının 1-ə qədər Ceyhan limanından 210 milyon 660 min 443 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

AzərTAc

Digər xəbərlər