Yeni qazma qurğularının tikintisi yaxın zamanda həyata keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir.
ARDNŞ prezidenti bildirmişdir ki, bununla bağlı danışıqlar sona çatmışdır və gələn həftə ilk qazma qurğusunun tikintisi ilə bağlı müqavilə imzalanacaqdır. Bir neçə aydan sonra isə ikinci qazma qurğusunun tikintisi ilə əlaqədar də müqavilə imzalanacaq və tikinti işlərinə başlanılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...