PDF Oxu

İqtisadiyyat

  • 23

İstehlaka yararsız 100 kq məhsul aşkarlanıb

İstehlaka yararsız 100 kq məhsul aşkarlanıb

İstehlaka yararsız məhsullar məhv edilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı:

Bakının Nizami rayonunda M.X.Şərifli küçəsi, ev 92 ünvanında Orxan Qəhrəmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Sabunçu rayonunda

Zabrat qəsəbəsi, Babək küçəsi, ev 38 ünvanında Əli Seyidova məxsus mağazada;

Balaxanı qəsəbəsi, Səfəvilər küçəsi, ev 2 ünvanında Fərhad Şahverdiyevə məxsus "Şirin" mağazasında;

Nizami rayonunda

Qara Qarayev prospekti, 2528-ci məhəllədə Zaur Məsimova məxsus "Esmanur" mağazasında;

A.Məhərrəmov küçəsi, ev 64 ünvanında "Karona Ltd" MMC-yə məxsus "Panda" mağazasında;

Şirvan şəhərində

M.Ə.Rəsulzadə küçəsində Məhəmməd Məmmədova və Murad Mirzəyevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

Ümumilikdə isə monitorinqlər zamanı 100 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

sia.az

Digər xəbərlər