Dünya bazarlarında neftin qiyməti aşağı düşməkdə davam etmişdir.
Nyu-Yorkun "NYMEX" ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 2,22 dollar düşərək 91,29 dollar, Londonun "İCE" ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti isə 1,16 dollar azalaraq 103,11 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə London birjasında 3,36 dollar enərək 103,86 dollara satılmışdır.
AzərTac
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...