Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Türkiyə hissəsində işlər tamamlanmaq üzrədir.
Bununla bağlı jurnalistlərə məlumat verən Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov BTQ dəmiryolu xəttinin Türkiyə hissəsinin son inşaat məntəqəsi - Arpaçay rayonunda işlərin gedişi ilə tanış olmuşdur. İnşaata rəhbərlik edən şirkətin müdiri Mehmet Öztürk diplomatımıza məlumat verərək bildirmişdir ki, bu sahədə işlərin 60 faizi tamamlanmışdır. Burada infrastruktur və tunellərin bu ilin sonunadək hazır olacağını vurğulayan türkiyəli mühəndis qeyd etmişdir ki, xəttin istismara verilməsi qrafikində heç bir problem olmayacaqdır.
A.Süleymanov bildirmişdir ki, Azərbaycandan bir çox iş adamı Qarsda sərmayə qoymaq istəyir. Layihənin Qars iqtisadiyyatı üçün böyük əhəmiyyəti olacaqdır. Belə ki, bu vilayətdə üç min insan üçün yeni iş yeri açılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...